ENG

”Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsi üzrə məsləhət seminarları keçiriləcək

A A A
Fevral 03 2017

Hörmətli müsabiqə iştirakçıları!

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun

“Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsi üzrə aşağıda göstərilən tarix və saatlarda məsləhət seminarları keçiriləcəkdir.   

Məsləhət seminarlarının keçirilməsində məqsəd mükafat iddiaçılarına müsabiqənin meyarları ilə bağlı ortaya çıxan sualların cavablandırılması, həmçinin müsabiqəyə təqdim olunacaq sənədlər  üzrə məsləhətlərin verilməsidir.

 

Seminar cədvəli:

TARİX
SAAT
1-ci seminar
9 fevral
15.00
2-ci seminar
16 fevral
11.00
3-cü seminar
23 fevral
15.00
4-cü seminar
3 mart
11.00
5-ci seminar
10 mart
15.00
6-cı seminar
16 mart
11.00
7-ci seminar
30 mart
15.00
8-ci seminar
7 aprel
11.00
9-cu seminar
14 aprel
15.00

 

Seminarlar Elmin İnkişafı Fondunun icraçı direksiyasının ofisində (Bakı şəhəri, Y.Səfərov küçəsi, 27, 9-cu mərtəbə) keçiriləcəkdir.

İştirak etmək istəyənlər (012) 489 08 94 nömrəli telefona zəng vurmaqla və ya info@elmfondu.az elektron poçt ünvanına məktub yazmaqla qeydiyyatdan keçə bilərlər.

Seminarlarda iştirak üçün qeydiyyatdan keçmiş, lakin seminarda iştirak etməyən iddiaçılar növbəti seminara yalnız yer olduğu təqdirdə buraxılacaqlar; xahiş olunur nəzərə alasınız ki, seminarda iştirak etməməklə başqa potensial iddiaçının iştirakını məhdudlaşdırırsınız.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

HİKMƏTLİ SÖZLƏR