ENG

Elmin İnkişafı Fondu 13 yanvar 2017-ci il tarixində növbəti məsləhət seminarını keçirmişdir

A A A
Yanvar 13 2017

13 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) məqsədli “Elm-Təhsil İnteqrasiyası” müsabiqəsi çərçivəsində növbəti məsləhət seminarını keçirmişdir.

Seminar Fondun icraçı direksiyasının ofisində həyata keçirilmişdir. Seminarın əsas məqsədi müsabiqədə iştirak etmək üçün layihələrin hazırlanması, ərizə və əlavə olunan sənədlərin düzgün doldurulmasında çətinlik çəkən və müsabiqəyə dair sualları olan vətəndaşlara yardım etmək, bu prosesi asanlaşdırmaq və effektivliyini artırmaqdan ibarətdir.

Fondun icraçı direktoru Elçin Babayev və müşavir Ədilə Babayeva seminar iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırmışlar.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR