ENG

”Elm-təhsil inteqrasiyası” qrant müsabiqəsi üzrə məsləhət seminarları keçiriləcək

A A A
Dekabr 30 2016

Hörmətli qrant iddiaçıları!

Azərbaycanda akademik qurum və ali təhsil müəssisələrində aparılan əhəmiyyətli elmi araşdırma və tədqiqatların dəstəklənməsinə yönəlmiş birgə layihələrin qrantlar yolu ilə maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2016-cı ildə elan edilmiş “Elm-Təhsil inteqrasiyası” məqsədli müsabiqəsi (EİF/MQM/Elm-Təhsil-1-2016-1(26)) üzrə 2017-ci ildə aşağıda göstərilən tarix və saatlarda məsləhət seminarları keçiriləcəkdir.

Seminarların keçirilməsində məqsəd qrant iddiaçılarına müsabiqəyə təqdim olunacaq layihələrin tərtibatı, həmçinin e-QRANT sistemindən və ASAN-imzadan istifadə üzrə məsləhətlərin verilməsi, ortaya çıxan sualların cavablandırılmasıdır. Əvvəlki müsabiqələr üzrə toplanmış təcrübə göstərir ki, bu cür seminarlarda qrant iddiaçılarının iştirakı kifayət qədər effektiv olur və layihənin tərtibatına müsbət təsir göstərir.

Seminar cədvəli

TARİX
SAAT
1-ci seminar
06 yanvar
11.00
2-ci seminar
13 yanvar
15.00
3-cü seminar
19 yanvar
11.00
4-cü seminar
27 yanvar
15.00
5-ci seminar
03 fevral
11.00
6-cı seminar
10 fevral
15.00
7-ci seminar
17 fevral
11.00
8-ci seminar
24 fevral
15.00

Seminarlar Elmin İnkişafı Fondunun icraçı direksiyasının ofisində (Bakı şəhəri, Y.Səfərov küçəsi, 27, 9-cu mərtəbə) keçiriləcəkdir.

İştirak etmək istəyənlər (012) 489 08 94 nömrəli telefona zəng vurmaqla və ya info@elmfondu.az elektron poçt ünvanına məktub yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçərkən aşağıdakı zəruri məlumatlar əlavə olunmalıdır:

1) Adı və soyadı;
2) İş yeri, vəzifəsi;
3) Əlaqə vasitələri (telefon, e-mail və s);
4) Təsnifat üzrə elmi maraq dairəsi.

Seminarlarda iştirak üçün qeydiyyatdan keçmiş, lakin seminarda iştirak etməyən iddiaçılar növbəti seminara yalnız yer olduğu təqdirdə buraxılacaqlar; xahiş olunur nəzərə alasınız ki, seminarda iştirak etməməklə başqa potensial iddiaçının iştirakını məhdudlaşdırırsınız.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

 

HİKMƏTLİ SÖZLƏR