ENG

Açıq tender elanı

A A A
Dekabr 26 2016

Qalib qrant layihələri üzrə istifadə üçün elmi cihaz, avadanlıq və qurğuların satınalınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Lot - 1. Qalib qrant layihələri üzrə istifadə üçün elmi cihaz, avadanlıq və qurğuların satınalınması

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lotlar üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Y.Səfərov küçəsi, 27, 9-cu mərtəbə (Tender komissiyası, telefon 489-08-94, səlahiyyətli şəxs Ədilə Babayeva) ala bilərlər.

İştirak haqqı:
Lot -1: 100 manatdır.

Tenderdə iştirak haqqı bu hesaba köçürülməlidir:
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu
VÖEN: 1701102761
Dövlət Xəzinədarlığı Agentliyi
Bankın VÖEN-i: 1401555071
H/h: AZ29CTRE00000000000005428301
m/h: AZ41NABZ01360100000000003944
Bankın kodu: 210005

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam rəsmi adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank zəmanəti (təklifin təminatı) (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- vergilərə və digər icbarı ödənişlərə dair yerinə yetiriləsi və vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq orqandan arayış;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat və müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməli və təsdiq olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 03 fevral 2017-ci il saat 11.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 10 fevral 2017-ci il saat 17.00-a qədər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna (Bakı şəhəri, Y.Səfərov küçəsi, 27, 9-cu mərtəbə) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 13 fevral 2017-ci il tarixində saat 10.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

* Elan 24 dekabr 2016-cı il tarixində “Xalq Qəzeti”-ndə dərc olunmuşdur, №286 (28379), səh.11


Ətraflı: Açıq tender elanı

HİKMƏTLİ SÖZLƏR