ENG

Elmin İnkişafı Fondunda Ümummilli Lider Heydər Əliyev anılmışdır

A A A
Dekabr 12 2016

Tədbirdə Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev çıxış edərək bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş və öz fəaliyyətində həmişə xalqa arxalanmış bir dahi siyasətçi olub. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməyib. Prezident Heydər Əliyevin Azərbaycanın müstəqillik qazanmasında, ölkənin bugünkü inkişafının təməlini qurması ilə bərabər, regionda sülh və sabitliyin qorunması istiqamətində misilsiz xidmət göstərən əvəzolunmaz bir lider olduğu və onun bizim qəlbimizdə həmişə unudulmaz bir dövlət xadimi olaraq qalacağı qeyd edilib. Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında müstəsna xidmətləri xalqımız tərəfindən daim yüksək fəxr hissi ilə qeyd olunur, dahi rəhbərin əziz xatirəsi hədsiz məhəbbətlə və böyük ehtiramla yad edilir. Onun gənc nəslə qayğısı digər dövlətlərin liderləri üçün də nümunədir.

Fondun əməkdaşı Türkan Cəmilli çıxış edərək bildirib ki, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olan Heydər Əliyev hələ sağlığında ikən canlı əfsanəyə çevrilib, Heydər Əliyev fenomeni həmişə diqqəti cəlb edib, dünya azərbaycanlılarının Ümummilli Lideri olan bu dahi şəxsiyyətin siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR