ENG

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Elmin İnkişafı Fondunda tədbir keçirilmişdir

A A A
May 10 2016

Tədbirdə Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin doğum gününün əlamətdar bir tarix olduğunu vurğulayıb. O qeyd edib ki, Ulu Öndər millətinə əvəzsiz xidmətləri ilə əbədiyaşar bir zirvəyə yüksəlib. Müstəqil Azərbaycanın dövlət quruculuğu məhz onun adı ilə bağlıdır. Bu adı daha da ucaltmaq üçün hər bir vətəndaş dövlətimizə sədaqətlə xidmət etməli, onu Heydər Əliyev kimi sevməyi bacarmalıdır.

Tədbirdə Fondun əməkdaşı Ləman Hacıyeva “Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, Heydər Əliyevin dövlətçilik prinsiplərini bu gün onun layiqli varisi, Prezident İlham Əliyev uğurla davam etdirir. L.Hacıyeva Ümummilli Liderin Azərbaycanın tərəqqisi naminə yorulmaz fəaliyyətindən danışıb.

Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto- və video-material nümayiş etdirilib.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR