ENG

Elmin İnkişafı Fondunda 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir

A A A
İyun 14 2011

Fondun icraçı direktoru Elçin Babayev əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən və Ulu Öndərin hakimiyyəti illərində əldə olunmuş nailiyyətlərdən söhbət açmışdır.

O, Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin yeni, davamlı inkişaf strategiyasından və onun uğurlarından danışmış, ölkəmizin iqtisadi potensialının və dünyada imic və nüfuzunun daha da artığını qeyd etmişdir. Vurğulanmışdır ki, dövlət başçısının “qara qızılı insan kapitalına çevirmək” siyasəti digər sahələrdə olduğu kimi, elmin inkişafına da mühüm töhfələr verir.

Ölkə Prezidentinin elmə qayğı və diqqətinin nəticəsi olaraq elmi tədqiqatların  maddi-texniki bazasının möhkəmləndirilməsi, alimlərin fəaliyyətinin stimullaşdırılması istiqamətlərində vacib addımların atıldığı vurğulanmışdır. 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR