ENG

Elmin İnkişafı Fondunda 28 May – Respublika Günü münasibəti ilə tədbir keçirilmişdir

A A A
May 27 2016

Tədbirdə Fondun icraçı direktoru Elçin Babayev və aparıcı məsləhətçi Faidə Eminova çıxış edərək Respublika Gününün dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyətindən danışıb.

1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq ömrü ərzində bir çox sahələrdə həyata keçirdiyi islahatlarla Azərbaycan tarixində mühüm bir mərhələnin əsasını qoyub. Xalq Cümhuriyyəti ilk əvvəl Azərbaycan insanına müstəqilliyin əvəzsiz dadını dadızdırıb, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı əhəmiyyətli addımlarla qısa müddətdə xalqımızın tarixində silinməz iz buraxıb, milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynayıb. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif və cins fərqi görmədiyini və bütün vətəndaşların siyasi hüquqlarını təmin etdiyini bütün dünyaya bəyan etdi. Ən əsası isə, Xalq Cümhuriyyəti mövcud olduğu dövrdə xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirdi və onu gələcəyə miras qoydu. O miras ki, düz 70 illik əsarətdən sonra yenidən doğdu. XX əsrin 90-cı illərində Azərbaycan da daxil olmaqla bütün Sovet respublikalarında başlanan və Sovetlər Birliyinin dağılması ilə nəticələnən milli azadlıq hərəkatı ilə Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşdu.

Qeyd edilib ki, müstəqilliyimizin ilk illəri xarici siyasətdə yaşanan uğursuzluqlar, ölkədə hökm sürən xaos mühiti müstəqilliyin yenidən itirilməsi təhlükəsi yaratsa da, 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsi bütün təhlükələri aradan qaldırdı. Heydər Əliyevin malik olduğu güclü iradə, uzaqgörən siyasət və digər mühüm keyfiyyətlər Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi və beləliklə, ölkədə dövlətçiliyin yeni inkişaf mərhələsi başladı. Bu mərhələ beynəlxalq miqyasda balanslaşdırılmış xarici siyasətin yürüdülməsi, milli sərvətləri xalqın mənafelərinə yönəltmək kimi ali prinsipləri ehtiva etdi. Ulu öndərin müəllifi olduğu yeni neft strategiyası “Əsrin müqaviləsi”nin imzalanması, müstəqilliyimizin ən mühüm simvollarından olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi ilə tarixə qovuşdu. Bu siyasət Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Azərbaycanda bütün istiqamətlərdə böyük inkişaf var və bu ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunur.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR