ENG

”TAİEX proqramı – Avropa İttifaqının Avropa qonşuluq siyasəti çərçivəsində Azərbaycanın innovasiya infrastrukturu sahəsində texniki yardım və informasiya mübadiləsi” mövzusunda seminar keçirilmişdir

A A A
Aprel 16 2013

16 aprel 2013-cü il tarixində AMEA Elmi İnnovasiyalar Mərkəzinin (EİM) və Avropa İttifaqının Texniki Yardım və İnformasiya Mübadiləsi (TAİEX) (http://ec.europa.eu/enlargement/taiex) proqramının təşkilatçılığı ilə “TAİEX proqramı – Avropa İttifaqının Avropa qonşuluq siyasəti çərçivəsində Azərbaycanın innovasiya infrastrukturu sahəsində texniki yardım və informasiya mübadiləsi” mövzusunda keçirilən seminarın (16-19 aprel 2013-cü il) bir sessiyası Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun təşəbbüsü ilə Fondun icraçı direksiyasında baş tutmuşdur. 

Tədbirdə EİF və AMEA EİM-nin nümayəndələri ilə birgə, Finlandiyanın Texnologiya və İnnovasiyanın Maliyyələşdirilmə Agentliyinin (TEKES) Meşə və kimya sənayesi departamentinin direktoru Mika Aalto və böyük hüquq məsləhətçisi Liisa Evart, eləcə də AR Müəllif Hüquqları Agentliyinin əməkdaşı iştirak etmişdir. 

Seminarın bu sessiyasında Azərbaycanda elmin maliyyələşdirilməsinin müasir vəziyyəti, Finlandiyada innovasiya və qrant sistemi, tədqiqat və innovasiya proqramlarının ekspertizası və digər mövzular ətrafında müzakirələr aparılmışdır.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR