ENG

Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində “İnnovasiya texnologiyalarının transferi: marketinq və müqavilələrin bağlanması” adlı iki günlük Beynəlxalq elmi seminar keçirilmişdir

A A A
Oktyabr 24 2012

23-24 oktyabr tarixlərində Bakı şəhərində “İnnovasiya texnologiyalarının transferi: marketinq və müqavilələrin bağlanması” adlı iki günlük Beynəlxalq elmi seminar keçirilmişdir.

Beynəlxalq seminar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi (Qrant: EİF-2011-1(3)-82/82/5) çərçivəsində və Fondun icraçı direksiyasının təşkilatı dəstəyi ilə keçirilmişdir. Fondun qrant müsabiqəsinin qalibi olmuş “Əqli Mülkiyyət və İnnovasiya” İctimai Birliyi tərəfindən elmi-təşkilatı dəstək göstərilmişdir.

Beynəlxalq seminarın keçirilməsində məqsəd yeni texnologiyaların transferi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, marketinqin həyata keçirilməsi, müqavilələrin bağlanması, elmi nəticələrin və yeni texnologiyaların kommersiyalaşdırılması yolu ilə Azərbaycanda innovasiya fəaliyyətini iqtisadiyyatın inkişafında əsas faktorlardan birinə çevirməkdir.

Beynəlxalq seminarda prof. Villiam Rozenberq (Massacusetts Universiteti, ABŞ), Skott Invud (Vaterloo Universiteti, Kanada), prof. Hagit Messer–Yaron (İsrail Açıq Universiteti, İsrail), akad. Mixail Uqryumov (Rusiya Elmlər Akademiyası, Rusiya), İvanka Popova (PROTE Ltd. Bolqarıstan), prof. Vyaçeslav Solovyov (Ukrayna Milli Elmlər Akademiyası, Ukrayna), Aleksandr Uspenskiy (Respublika Texnoloji Transfer Mərkəzi, Belarus), prof. Mikolay Papok, Dr. Tatyana Qonçarova (Polotsk Dövlət Universiteti, Belarus) dəvətli məruzələri dinlənilmiş, müzakirələr aparılmışdır. Seminarın işində Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin təmsilçiləri, ali təhsil müəssisələrində, elmi-tədqiqat institutlarında, istehsal müəssisələrində elmi yeniliklərin və texnologiyaların tətbiqinə cavabdeh olan mütəxəssislər, innovasiya sahibkarlığı sahəsində fəaliyyət göstərən şəxslər iştirak etmişlər:

  • Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi
  • Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
  • AMEA Rəyasət Heyəti
  • AMEA Aşqarlar Kimyası İnstitutu
  • AMEA Botanika İnstitutu
  • AMEA Neft-Kimya Prosesləri İnstututunun Təcrübi-Sənaye zavodu
  • AMEA İnformasiya Texnologiyaları İnstitutu
  • AMEA Neft-Kimya Prosesləri institutu
  • AMEA Radiasiya Problemləri İnstitutu
  • AMEA Geologiya İnstitutu
  • AMEA Genetik Ehtiyatlar İnstitutu
  • AMEA Elmi İnnovasiyalar  Mərkəzi
  • AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu
  • AMEA Polimer Materialları İnstitutu
  • AMEA Zoologiya İnstitutu
  • AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İstitutu
  • Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzi
  • Azərbaycan Kooperasiya Universiteti
  • Azərbaycan Dövlət Neft Akademiyası
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti
  • Sumqayıt Dövlət Universiteti
  • Azərbaycan Tibb Universiteti
  • Azərbaycan Texniki Universiteti
  • Bakı Dövlət Universiteti
  • ADİU nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu
  • ADİU “İqtisadi hüquq” kafedrası

 Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR