ENG

İnformasiya Texnologiyaları İnstitutunda qrant layihələrinin yerinə yetirilməsinin gedişi haqqında hesabat və monitorinq xarakterli seminar keçirilmişdir

A A A
Oktyabr 30 2012

2012-ci il 30 oktyabr tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantları vasitəsilə maliyyələşdirilən və adı çəkilən İnstitutda yerinə yetirilən axtarış-innovasiya xarakterli “Azərbaycanda milli elmi informasiya resursları və elmi istinad indeksinin formalaşdırılması mexanizmlərinin işlənməsi” (layihə rəhbəri Əliquliyev Rasim Məhəmməd oğlu) və fundamental-tətbiqi xarakterli “Multibiometrik sistemlərdə informasiyanın aqreqasiyası metodlarının işlənməsi” (layihə rəhbəri Suxostat Lyudmila Valentinovna) layihələrinin yerinə yetirilməsinin gedişi haqqında hesabat və monitorinq xarakterli seminar keçirilmişdir.

Elmin İnkişafı Fondu ənənəvi olaraq bu cür əhəmiyyətli layihələr və böyük maliyyə həcmli pilot layihələri üzrə mütəmadi olaraq aralıq hesabatların keçirilməsini təşkil edir və elmi ictimaiyyəti layihələrin gedişi ilə tanış edir.

Seminarda layihələrin rəhbər və icraçıları, alim və mütəxəssislər, Elmin İnkişafı Fondunun icraçı direksiyasının əməkdaşları və digər dəvətli şəxslər iştirak etmişlər.

Hesabatla bağlı layihə rəhbərləri AMEA-nın müxbir üzvü R.Əliquliyev və L. Suxostat, həmçinin 1-ci layihə üzrə AMEA Geologiya İnstitutunun təmsilçisi məruzə etmişlər.

Tədbirdə EİF-in icraçı direktoru da çıxış etmişdir.

Hesabat çıxışlarından sonra müzakirələr keçirilmişdir. Çıxışlarda layihələrin uğurlu olduğu qeyd olunmuş, EİF tərəfindən təkliflər irəli sürülmüşdür. 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR