AZE

Azərbaycan Elm Fondu Gənc Alim və Tədqiqatçıların 9-cu qrant müsabiqəsini elan edir.

217
A A A
February 17 2025

Azərbaycan Elm Fondu gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması və onlara elmi tədqiqatlar aparmaq üçün əlverişli imkanların yaradılması, gənc kadr potensialının gücləndirilməsi üçün proqramların işlənib hazırlanması, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, innovasiya fəaliyyətinin dəstəklənməsi, regional və beynəlxalq səviyyəli proqram və layihələrdə iştirak etməyə cəlb edilməsi məqsədi ilə 2024-cü ildə Gənc Alim və Tədqiqatçıların 9- cu qrant müsabiqəsini (AEF-GAT-9-2025-2(55)) elan edir.

Perspektivli gənc alimlər, eləcə də öz elmi sahəsində lider olan tədqiqatçılar bu qrant üçün müraciət edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün layihələr 17 fevral – 10 aprel 2025-ci il tarixləri arasında qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2025-ci ilin sonunda açıqlanması planlaşdırılır.

Qeyd edək ki, layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat Fondun internet səhifəsində (www.aef.gov.az/) dərc olunacaq.

WISE WORDS