AZE

Doğum Gününüz Mübarək, Cənab Ali Baş Komandan!

1564
A A A
December 24 2021

Hörmətli cənab Prezident,  Ali Baş Komandan!

Sizi, Doğum Gününüz münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu adından  təbrik edir, Sizə uzun ömür, cansağlığı, Vətənimizin inkişafı və rifahı üçün atacağınız bütün addımlarda uğurlar arzulayırıq.

Hörmətli cənab Prezident və Ali Baş Komandan, apardığınız uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan regionun və dünyanın ən aparıcı dövlətlərindən birinə çevrilmişdir.

Sizin həyata keçirdiyiniz uğurlu xarici siyasət və düzgün formalaşdırılan diplomatiya nəticəsində sentyabrın 27-dən başlanan Vətən müharibəsi Azərbaycan ordusunun şanlı qələbəsi ilə sona çatdı. Sayənizdə  44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, torpaqlarımızı azad etdi. Düşmən tapdağından azad edilmiş torpaqlarımızın dirçəldilməsi üçün verdiyiniz mühüm qərarlar uğurla icra olunmaqdadır. İnanırıq ki, Qarabağımız Sizin uğurlu səyləriniz nəticəsində inkişaf edəcək.

Əzmkarlığınız və müdrik siyasətinizin Azərbaycanı daha da inkişaf etdirəcəyinə inanırıq və bu çətin işinizdə Sizə çoxlu müvəffəqiyyətlər arzu edirik.

Elmin İnkişafı Fondunun kollektivi

WISE WORDS