AZE

“Elmdə Zəfər mükafatı-2021” müsabiqəsinin nəticələrinə yekun vurulub.

3182
A A A
November 10 2021

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) Böyük Zəfər Günü və Dünya Elm Günü ilə əlaqədar təşkil etdiyi və keçirdiyi “Elmdə Zəfər mükafatı-2021” müsabiqəsinin nəticələrinə yekun vurulub.

Müsabiqəyə 2021-ci ilin oktyabr ayında start verilib. Müsabiqəyə daxil olan elmi işlərin ekspertizası oktyabrın 12-dən noyabrın 05-dək aparılıb. Ekspertlər daxil olan işlərinin yüksək elmi səviyyəsini qeyd ediblər.

“Elmdə Zəfər mükafatı-2021” müsabiqəsinin qalibləri: 

I yerin qalibi:

 “Thermal stability and heat flux investigation of neutron-irradiated nanocrystalline silicon carbide (3C–SiC) using DSC spectroscopy” elmi işə görə AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı Elçin Hüseynov

II yerin qalibi:

“Novel cyclic thiourea derivatives of aminoalcohols at the presence of AlCl3 catalyst as potent α-glycosidase and α-amylase inhibitors: Synthesis, characterization, bioactivity investigation and molecular docking studies” elmi işə görə AMEA Aşqarlar Kimyası İnstitutunun əməkdaşları Əfsun Sucayev, Emin Qəribov, Parham Taslimi, Muhammet Karaman və Mohammad M.Zangeneh

II yerin qalibi:

“Do High Oil Prices Obstruct the Transition to Renewable Energy Consumption?” elmi işə görə Bakı Mühəndislik Universitetinin əməkdaşları Şəhriyar Muxtarov, Ceyhun Mikayılov, Suqra Hümbətova, Vuqar Muradov.

III yerin qalibi

“The bonding nature of the chemical interaction between trypsin and chitosan based carriers in immobilization process depend on entrapped method: A review” elmi işə görə SOCAR Neftqazelmitədqiqatlayihə İnstitutunun əməkdaşı Şamo Tapdıqov.

III yerin qalibi

“Exact solution of the semiconfined harmonic oscillator model with a position-dependent effective mass” elmi işə görə AMEA Fizika İnstitutunun əməkdaşı Elçin Cəfərov və Joris Van der Jeugt.

Müsabiqənin qaliblərini təbrik edir, onlara elmi fəaliyyətlərində uğurlar arzulayırıq!

 

WISE WORDS