AZE

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu ADA Universitetinin əməkdaşları ilə görüş keçirmişdir

3314
A A A
August 16 2021

 

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu gənc alim və tədqiqatçıların fəaliyyətinə dəstək olmaq, onların elmə marağının artırılması məqsədilə qrant müsabiqələri təşkil edir. Buna müvafiq olaraq, 2021-ci ildə Gənc Alim və Tədqiqatçıların 6-cı qrant müsabiqəsini (EİF/GAT-6/2021-2(39)) elan etmişdir. Qeyd edək ki, layihələr Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan “e - QRANT”- “Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” vasitəsilə təqdim olunmalıdır. Ənənəyə uyğun olaraq, sənədlərin bu sistem vasitəsilə qəbulu üçün iştirakçılara köməklik göstərilməsi üçün məsləhət vebinarlarının keçirilməsinə başlanmışdır. ADA Universitetinin gənc əməkdaşları ilə görüş keçirilmiş, onlara layihələrin təqdim edilməsi qaydaları izah edilmiş, yaranan suallara aydınlıq gətirilmişdir.

Gənc Alim və Tədqiqatçıların 5-ci qrant müsabiqəsinin qaliblərindən Selcan Nurullayeva, Aygün İsmayılova və Sərtac Atlas da bu görüşdə iştirak etmişdir. Müsabiqənin ən gənc qalibi olan Selcan Nurullayeva seminar iştirakçılarına onu qalibiyyətə aparan uğurlarından danışaraq, gənclərə elmi fəaliyyətində uğurlar arzuladığını bildirmişdir. Qaliblərdən Aygün İsmayılova və Sərtac Atlas da həm Elmin İnkişafı Fonduna, həm də ADA Universitetinə hazırlanmış tədbir üçün təşəkkür etdiklərini və belə tədbirlərin gənc tədqiqatçılar üçün faydalı olacağını qeyd etdilər. Qaliblər layihələrinin icrası və layihə mövzuları ilə bağlı seminar iştirakçılarının suallarına ətraflı cavab verdilər.

 

Elmin İnkişafı Fondunun mətbuat xidməti

WISE WORDS