AZE

Diqqət! “e-QRANT”-“Qrant layihələrinin Elektron İdarəolunması Sistemi”indən qeydiyyatdan keçən, lakin layihəsini təsdiq edə bilməyən iştirakçıların nəzərinə.

4530
A A A
September 09 2020

Müsabiqədə iştirak etmək üçün ərizələr, ərizəyə əlavə olunan müvafiq sənədlər və digər müşayiətedici materiallar 2020-ci il 09 sentyabr tarixindən başlayaraq qəbul olunur. Müsabiqədə iştirak etmək üçün ərizələrin, ərizəyə əlavə olunan müvafiq sənədlərin və digər müşayiətedici materialların qəbulu üçün son tarix 2020-cı il 18 sentyabr saat 17:00-dırMüsabiqədə iştirak etmək istəyən şəxslərə “Elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə müsabiqələrinin keçirilməsi Qaydaları” ilə tam tanış olduqdan sonra müvafiq ərizə və sənədləri tərtib etmələri tövsiyə olunur. Bütün layihələr, bir qayda olaraq, Azərbaycan (1 nüsxə) və ingilis (1 nüsxə) (xarici ekspertlərdən rəy alınması üçün) dillərində tərtib edilməlidir. Müşayiətedici materiallar (şəxsiyyət vəsiqəsinin, diplomların, məqalələrin və digər sənədlərin surətləri, zəmanət məktubları və b.) isə 1 nüsxədə təqdim olunur. Layihələr üç formatda (kağız üzərində, elektron məlumatdaşıyıcılarına yazılmış şəkildə və elektron variantın elektron ünvana göndərilə bilməsi üçün elektron fayllar şəklində) aşağıdakı üsullarla təqdim olunmalıdır:

1. Müsabiqədə iştirak etmək üçün layihə rəhbəri və icraçılar tərəfindən imzalanmış ərizənin, ərizəyə əlavə olunan sənədlərin və digər müşayiətedici materialların A4 formatlı ağ kağızda çap olunmuş variantını (Azərbaycan dilində 1 nüsxə, ingilis dilində 1 nüsxə) və elektron məlumatdaşıyıcılarına (CD, DVD və s.) yazılmış versiyası ilə birlikdə: Elmin İnkişafı Fondunun icraçı direksiyasının ünvanına (Bakı şəhəri, Yusif Səfərov küçəsi, 27, 9-cu mərtəbə) həftənin iş günlərində (bazar ertəsi – cümə) saat 10:00- dan 17:00-dək birbaşa çatdırmaqla və qeydiyyatdan keçirmək yolu ilə;

2. Müsabiqədə iştirak etmək üçün ərizənin, ərizəyə əlavə olunan sənədlərin və digər müşayiətedici materialların elektron variantını (Microsoft Word formatında elektron fayllarını) Elmin İnkişafı Fondunun elektron-poçt ünvanına (qrant@elmfondu.az) göndərmək yolu ilə (bu zaman elektron məktubun “mövzu” (“subject”) hissəsində aşağıdakı yazılışdan istifadə olunmalıdır:

Elm-Təhsil-Sənaye məqsədli qrant müsabiqəsi   - “(EİF-MQM-ETS-1-2020-1(35)- Layihə rəhbərinin soyadı və adı - Elm sahəsinin adı)”;

Elmi-tədqiqat layihələri üzrə üzrə əsas qrant müsabiqəsi  - “(EİF-ETL-2020-2(36) - Layihə rəhbərinin soyadı və adı - Elm sahəsinin adı);

Gənc Alim və Tədqiqatçıların 5-ci qrant müsabiqəsi - “EİF-GAT-5-2020-3(37)- Layihə rəhbərinin soyadı və adı - Elm sahəsinin adı);

Elektron variantı təqdim olunmadığı halda, həmçinin Microsoft Word formatında olan Formalara özbaşına düzəlişlər edildikdə layihə birmənalı olaraq texniki ekspertiza mərhələsindən keçmir. Ərizənin, ərizəyə əlavə olunan sənədlərin və digər müşayiətedici materialların elektron variantının kağızda olan variantına tam uyğun olmasına məsuliyyəti layihə rəhbəri daşıyır. Müsabiqənin keçirilməsi qaydaları və müddəti çərçivəsindən kənar təqdim olunan layihələr müsabiqənin texniki ekspertiza mərhələsindən qəti olaraq keçmir və elmi ekspertiza mərhələsinə buraxılmır. Müsabiqəyə təqdim edilmiş sənədlər geri qaytarılmır. Müsabiqədə iştirak məqsədilə, o cümlədən layihələrin ekspertizası mərhələlərində saxta sənəd, imza və məlumatların təqdim olunması layihənin elmi ekspertizadan kənarlaşdırılmasına səbəb olur. Müsabiqəyə təqdim edilmiş bütün layihələrin ideyasının obyektiv formada orijinal ifadəsi müəlliflik hüququnun obyekti kimi Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçiriləcəkdir. Müsabiqədə iştirak etmək üçün ərizələrin və ərizəyə əlavə edilən müvafiq sənədlərin, Müsabiqələrin keçirilməsi Qaydalarının əldə olunması ilə bağlı problemlər yarandığı təqdirdə Elmin İnkişafı Fondunun icraçı direksiyası (Bakı şəhəri, Yusif Səfərov küçəsi, 27, 9-cu mərtəbə) ilə birbaşa əlaqə saxlanılması tövsiyə olunur. Əlaqə telefonu: (012) 489-08-94, elektron poçt ünvanı: qrant@elmfondu.az; info@elmfondu.az. Sualların elektron poçt ünvanına göndərilməsi mümkündür.

Elmi-tədqiqat layihələri üzrə əsas qrant müsabiqəsi - Formalar

Gənc Alim və Tədqiqatçıların 5-ci qrant müsabiqəsi - Formalar

Elm-Təhsil-Sənaye məqsədli qrant müsabiqəsi - Formalar

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

WISE WORDS