AZE

Elmin İnkişafı Fondunda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

3350
A A A
January 17 2020

10:55

Elmin İnkişafı Fondunda 20 yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Elmin İnkişafı Fondunun icraçı direktoru Mehriban İmanova tədbiri açaraq 20 Yanvar faciəsinin Azərbaycan Respublikasının müstəqillik tarixindəki rolunu qeyd edib: “20 Yanvar keçmiş Sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi planlaşdırılmış ağır cinayətdir, bunu unutmaq olmaz. Lakin “20 Yanvar” terror və ona qarşı mübarizə ilə yanaşı, Azərbaycan xalqının mübarizliyini, həmrəyliyini, əzmini, qəhrəmanlığını, Vətənə olan sevgisini də təcəssüm etdirir. Bu tarix xalqın mübarizə ruhunun daha da qüvvətlənməsinə səbəb olaraq sonu müstəqilliyə aparan bir yolun başlanğıcı olması ilə nəticələnmişdir”.

Mehriban İmanova  Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar hadisələri zamanı göstərdiyi güclü siyasi iradəni xüsusi qeyd edib, bu faciənin xüsusi detallarının gələcəkdə daha da dərindən araşdırılacağına əmin olduğunu bildirib.

Anım tədbiri 20 Yanvar faciəsi ilə bağlı açılan yeni faktların müzakirəsi ilə davam etdirilib. 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

 

 

WISE WORDS